Rusiya Milli Qvardiyasının director müavini Sergey Melikov ötən gün istefa verən Ramazan Abdulatipovun yerinə Dağıstan rəhbəri təyin edilə bilər.
Axar.az xəbər verir ki, bu barədə “Qovorit Moskva” radiosuna Rusiya Qafqaz Xalqları Konqresinin həmsədri Ruslan Qurbanov deyib. Onun sözlərinə görə, Melikovu bu vəzifəyə artıq bir neçə ildir ki, hazırlayırlar. Bundan ötrü onu prezidentin Şimali Qafqaz Federal Dairəsi üzrə səlahiyyətli nümayəndəsi təyin ediblər.
Qurbanov bildirib ki, Melikov özü bu vəzifədən bir neçə dəfə imtina edib:
“Prezidentin səlahiyyətli nümayəndəsi olmaq Melikova respublikanı yaxından tanımaq və onun problemlərini dərindən bilmək fürsəti very”.
Qeyd edək ki, Dağıstan rəhbəri 71 yaşlı Ramazan Abdulatipov ötən gün istefa verib. O, istefasının səbəbi kimi yaşını göstərib.
Paylaş: