Publika.az xəbər verir ki, “Anadolu” agentliyinin etibarlı yerli mənbələrdən aldığı məlumatlara görə, mərkəzin şərqində dünən gecə saatlarda şiddətli döyüşlər olub.
İŞİD hücum nəticəsində vilayət mərkəzinin şərqində iki səmti ələ keçirib. İŞİD həmçinin şəhər mərkəzindəki və “Vətən” xəstəxanasının yerləşdiyi bölgəni ələ keçirib.
Döyüş nəticəsində onlarla İŞİD silahlısının öldüyü bildirilir. PKK/PYD terror təşkilatının itkisinin isə 100-dən çox olduğu xəbər verilir.
Mənbələr qarşıdurmalarda bir neçə ABŞ əsgərinin də həyatını itirdiyini bildirib.
İyunun 6-da ABŞ-ın dəstəyi ilə başlanan əməliyyatda vilayət mərkəzinin təxminən 80 faizi PKK/PYD tərəfindən ələ keçirilmişdi. Son döyüşlərdən sonra PKK/PYD vilayət mərkəzin yarıdan çoxundan geri çəkilib.
Yerli mənbələr iki terror təşkilatı arasındakı döyüşlərin davam etdiyini qeyd ediblər.