Xəbər lenti
27-11-2024, 19:25

 

Ötən cümə günü, həmişə insanlarla sıx dolu olan Mumbay stansiyasındakı basabasda 23 nəfərin ölməsi qəzəb doğurub. Təkcə ona görə yox ki, bunun qarşısı alına bilərdi, həm də ona görə ki, sakinlər bu hadisəni məmurların apatiyası fonunda şəhərin dağılmasının daha bir nümunəsi kimi qəbul edir, BBC-dən Ayesha Perera qeyd edir.

Mumbaydakı Elphinstone Dəmiryol stansiyasındakı basabas nəticəsində baş verən hadisə gözlənilən idi.

Milli.Az BBC-yə istinadən bildirir ki, Mumbayın işgüzar mərkəzi rayonunda yerləşən stansiyadan bayıra aparan pilləkan dəmir yolundan hər gün istifadə edən minlərlə sərnişin üçün olduqca dardır.

22 milyon əhalisi olan Mumbay bu göstəriciyə görə dünyanın dördüncü şəhəri sayılır.

Üç tərəfdən su ilə əhatə olunmuş şəhərin genişlənməyə boş ərazisi yoxdur.

Nəticədə ictimai xidmətlərin üzərinə düşən ağır yük daha da artır.

Elphinstone körpüsünün yenilənməsi xahişilə şəhər hakimiyyətinə dəfələrlə petisiyalar göndərilib, lakin bunun heç bir faydası olmayıb.

"Piyadalar üçün körpü və pilləkan pis vəziyyətdədir, stansiyada hər zaman basabas yaranması riski var. Biz bu məsələləri tez-tez qaldırırıq, dəmiryol rəsmiləri bizim narahatlığımıza biganədir", - Mumbay dəmiryol sərnişinləri assosiasiyasının üzvü Subash Gupta BBC Marathi-yə deyib.

Mumbai local train2009-cu ilin hesabatında şəhər əhalisinin unikal xüsusiyyətlərindən biri kimi "yaşayış üçün əlverişsiz şəraitlə barışmaq arzusu" qeyd olunub.

Bir qəzet istehza yazıb kı, təmir üçün pul bədbəxt hadisə baş verən gün ayrılıb.

Digər bir qəzet keçmiş Dəmiryol naziri Suresh Prabhu iqtibas edir ki, o, 2015-ci ildə infrastrukturun yaxşılaşdırılmasına 120 milyon rupi (1.8 milyon dollar) ayırıbmış və həmin vəsaitdən niyə istifadə edilmədiyini anlamır.

Bir televiziya kanalının əldə etdiyi sənədlərə görə, həmin sözügedən vəsaitdən stansiyanın təmirinə cəmi 1000 rupi ayrılıbmış.

Problemlər təkcə dəmiryolu ilə bitmir.

Bir neçə həftə bundan əvvəl, leysan yağışlar on minlərlə sakini çıxılmaz vəziyyətə salmışdı, çünki dəmir yolu qalın su örtüyü altında qalmışdı.

Bundan bir neçə gün sonra, yaşayış binasının uçması nəticəsində 30-dan çox adam ölmüşdü.

Hindistanın maliyyə paytaxtı olan şəhərin çürüyən infrastrukturu, deyəsən, birdən çökəcək.

2009-cu ilin Mumbayın İnsan İnkişafı Hesabatında qeyd olunub ki, şəhər əhalisinin unikal xüsusiyyətlərindən biri "yaşayış üçün əlverişsiz şəraitlə barışmaq arzusudur".

Nəticədə sınıq-salxaq mənzillərdə sanitariya normalarının gözlənilməməsi, açıq məkanların daralması, qatarlardakı sıxlıq gündəlik həyat tərzinə çevrilib.

Amma insanların səbri artıq deyəsən tükənib.

Qəzəb hiss olunur.

Bezmiş sakinlərin qənaətinə görə, şəhərin yaşadığı problemlərin səbəbi siyasi xadimlər və rəsmilərin apatiyasıdır.

"Bütün sahələrdə vəziyyət bərbaddır. Siyasətçilər ya vəziyyəti anlamır, ya bu cür hal onların veclərinə deyil. Hindistan xəzinəsində Mumbayın vergi payı böyükdür, lakin bunun əvəzində heç nə almır", - yüksəkvəzifəli şəhərsalma layihəçisi Chandrashekhar Prabhu BBC-yə bildirib.

Chandrashekhar Prabhu deyir ki, Mumbay, "inəyi sağan kimi şəhəri sağan" və sakinlər qarşısında məsuliyyət daşımayan siyasətçilər və korporasiya lobbiçiləri tərəfindən "tədricən boğulur".

"Bunu yalnız bir dəfəyə 23 insan basabasda öldükdən sonra hiss etdik. Lakin hər gün basabasa və dəmiryol xəttini təhlükəli yerdən keçdiklərinə görə 10-dək insan ölür. Bu, o dərəcədə adiləşib ki, artıq belə hallara fikir verən də yoxdur. Sanki, bu ölümlər heç nədir".

Dünya Bankının 2010-cu ildə etdiyi dəyərləndirməsinə görə, Mumbayın dəmiryol xətti sərnişinlərin sayı baxımından dünayada ən hədsiz dərəcədə yüklənmiş bir xəttdir.

Belə ki, 1700 nəfərin daşınması üçün nəzərdə tutulmuş qatarlarda 4500 sərnişin daşınır.

Xəttləri bir qədər boşaltmaq üçün vaqonların sayını 9-dan 12-dək artırlmasını nəzərdə tutulan layihənin tətbiqi üçün vəsait ayrılıb.

Lakin bu layihənin həyata keçirilməsi elə uzun çəkir ki, vəziyyətin dəyişməsinə təsiri cüzidir.

Naresh Fernandes, Hindistanda scroll.in xəbər portalının redaktoru və şəhər barədə bəhs edən bir neçə kitabın müəllifidir. O, Mumbayda planlaşdırma qüsurlarını "cinayət" kimi təsvir edir.

A jet Airways flightBəzi ekspertlər hesab edir ki, Mumbaydakı infrastruktur bərbad vəziyyətdədir.

"Mumbayda, xəbərdarlıq kimi, o qədər hadisələr olub ki, lakin həmin olaylardan nəticə çıxarılmayıb", - o, BBC-yə deyib.

"2005-ci ildə baş vermiş dəhşətli daşqını götürək. O zaman o qədər qəzəb var idi ki, amma rəsmilər vəziyyəti ağırlaşdıran addımlar və qərarlar qəbul etməkdə davam edirlər".

Mumbayda 2005-ci ilin daşqını zamanı, yağan leysan yağış nəticəsində su örtüyünün qalınlığı 944 mm təşkil edərək görünməmiş səviyyəyə qalxmışdı.

Sel-su nəticəsində 500-dək insan ölmüşdü, şəhərdə həyat dayanmışdı.

Aeroport 30 saatdan artıq bağlı qalmışdı, idarələr və məktəblər bağlanmışdı, su, şəhərdə hərəkət edən sakinlərin belinədək qalxmışdı.

Chandrashekhar Prabu və Naresh Fernandes-in qənaətincə, ən əsas problem - planlaşdırmanın yarıtmaz vəziyyətdə olmasıdır.

Bunun səbəbini onlar Mumbayda ev bazarının baha olmasında və qüdrətli inşaat dairələrini təmsil edən lobbiçilərin şəhər səviyyəsində qəbul edilən qərarlara təsir göstərməsində görür.

Nəticədə, ictimai səciyyəli infrastruktur layihələrindən pullar sorulub çıxarılır, yeni bahalı binaların və bahalı infrastruktur obyektlərinin tikintisinə yönəldilir. Həmin bahalı bina və mənzillərdən isə yalnız imkanlı dairələr yararlanır.

"Mumbay, sakinlərin əlindən alınır, - Naresh Fernandes deyir. - Sakinlərin üzərindən xətt çəkilib"

Mumbai 2005 floods2005-ci ildə baş vermiş dəhşətli daşqın xəbərdarlıq idi, amma heç kəs həmin xəbərdarlığı vecinə almadı", - jurnalist Naresh Fernandes deyir.

Naresh Fernandes güman edir ki, dəmiryol xətlərinə dəyən ziyan daha çoxdur, çünki artıq bu sahə yağlı tikə sayılmır.

"Məhz buna görədir ki, sahilyanı ərazidə və dəniz üzərindən yol şəbəkəsinin inşası kimi layihələrdən əlimizi üzməli olduq", - o deyir.

Səyahət eksperti Sudhir Badami isə məsələnin həllini nəqliyyat sisteminin kökündən təftiş edilməsində görür.

O, dəmiryol xəttinin yükünü azaltmaq üçün daha bir nəqliyyat xətti - sürətli avtobus tranziti (BRT) xidmətinin yaradılmasının tərfdarıdır.

Naresh Fernandes isə hesab edir ki, Mumbay əhalisi də bu məslədən kənarda durmamalıdır.

"Bu, insafsız bir sistemdir. Ayrı-ayrı şəxsləri günahlandırmaq olar, bu öz yerində, bəli, göstərilən xidmətlər yarıtmazdır, lakin kanalizasiya sisteminə plastik atılırsa, deməli, bunu kimsə atıb. Biz də üzərimizə müəyyən məsuliyyət götürməliyik".




Ana səhifəyə qayıt        Baxış: 523          Tarix: 5-10-2017, 22:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma