Xəbər lenti

“Amerika hərbçiləri məhv ediləcək” - Rusiyadan ABŞ-a MÜHARİBƏ ELANI

Rusiya, Türkiyə və İran Suriyada təhlükəsizlik zonalarının yaradılması mövzusunda razılaşsalar da, ölkədə hazırkı vəziyyət gələcəklə bağlı nikbin danışmağa əsas vermir. Bunun səbəbi hazırda Rusiya və ABŞ -ın Suriyada qarşıdurma vəziyyətində olmasıdır.

Publika.az xəbər verir ki, Almaniyanın “Die Welt” nəşrinin yazdığına görə, Rusiya və ABŞ-ın müttəfiqləri artıq bir-birini güllələyirlər.

Son olaraq Rusiya xüsusi təyinatlıları Fərat çayını keçib. Alman nəşri qeyd edir ki, bu, görünür Amerikaya müharibə elanıdır. Fərat çayı üzərindəki körpü 210 metr uzunluğa malikdir və onun üzərində gün ərzində 8 min hərbi maşın keçə bilər. Rusiya xüsusi bölmələri onu ölkənin ən böyük çayı vasitəsilə Deyr-ez-Zora birləşdirib.

“48 saatda rekord vaxt ərzində”, - Rusiya dövlət televiziyası qələbədən xəbər verir və körpünün üzərində çəkilən yük maşınları ilə əsgərlərin şəkilləri göstərirdi.

Rusiya tamaşaçısı üçün bu, milli ordunun logistik qələbəsi idi.

“Die Welt” nəşri qeyd edir ki, Fəratın qərb və şərq sahillərini birləşdirən körpü təhlükəli kəskinləşməni təhrik edir.

“Çünki bu çay Moskva və Vaşinqton arasında demarkasiya xətti kimi müəyyən edilib. Rusiya və Amerika əsgərləri arasında birbaşa, həmçinin onların müttəfiqləri arasındakı silahlı konfliktlərdən qaçmaq üçün onu keçmək olmaz. Kreml Suriya vətəndaş müharibəsində Bəşər Əsəd rejiminin silahlı qüvvələrini qələbə yoluna çıxardı. Ağ Ev “Suriya Demokratik Gücləri”ni (SDF) dəstəkləyir. Onlar ölkəsinin şimalında İŞİD-ə qalib gəldilər və “xilafət”in paytaxtı Rakkanı tutmağa çalışırlar. Razılaşmanın Rusiya tərəfindən pozulması demək olar ki, müharibə elanıdır. Rusiya Hərbi Hava Qüvvələrinin dəstəyi ilə Suriya ordusu Fərat çayının şərq sahili üzrə irəliləyir. Rejim qüvvələrini SFD-dən yalnız beş kilometr ayırır. Artıq bir neçə dəfə onlar arasında döyüşlər baş verib. Rusiya Hərbi Hava Qüvvələri hətta SDF-in mövqelərini bombardmana məruz qoyub. Hətta Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov ABŞ-ın ali komandanlığını xəbərdar edib ki, Rusiya və Suriya qoşunları yenidən atəş altına düşərsə, SDF ilə yanaşı, Amerika hərbçiləri də atəşə məruz qalacaq”, - məqalədə deyilir.

Məqalədə bildirilir ki, Moskva, görünür, Deyr-Ez-Zoru döyüşsüz ABŞ-a və onun müttəfiqlərinə vermək istəmir: “Çünki orada yalnız ölkənin ən böyük neft və qaz ehtiyatları mövcud deyil, Fəratın vadisi həmçinin böyük taxıl anbarıdır. Bundan başqa, İŞİD-in rəhbərləri İraq və Suriyadan guya, bu regiona qaçıblar. Hətta İŞİD lideri Əbubəkr əl-Bağdadinin İraqla sərhəd rayonunda olduğu təxmin edilir. Nə Rusiya, nə də Amerika İŞİD-in belə kadrlarının tutulmasından imtina etməyəcək. Görünür, hər iki böyük dövlət arasında ölkənin zəngin resursların ələ keçirilməsi üzrə mübarizə güclənir”.

Hazırda şəhərin təxminən 65 faizinə Suriya ordusu nəzarət edir. Digər hissə hələ İŞİD-in əlindədir.




Ana səhifəyə qayıt        Baxış: 663          Tarix: 6-10-2017, 15:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma