Xəbər lenti

ABŞ-ın PYD-yə (PKK terror təşkilatının Suriya qanadı – red.) silah yardımını artırması, Türkiyənin Suriyanın şimalında hərbi gücünü artırması və Rusiyanın ABŞ-la yeni bir atəşkəs və həll üzərində çalışması Suriya müharibəsində daha fərqli bir mənzərəni ortaya çıxarıb.

Publika.az “Haber7” saytına istinadən xəbər verir ki, ABŞ, Rusiya və İranın rəqabət meydanına çevrilən Suriyada hər dövlətin fərqli hədəfləri var.

İran

İranın Suriyadakı əsas məqsədi Livanın “Hizbullah” təşkilatına yardımların edildiyi yolun (bu yolun uzunluğu 900 kilometrdir) təhlükəsizliyini təmin etməkdir. Tehran bunun üçün ABŞ-la razılaşaraq İraq-Suriya sərhədindəki ABŞ xüsusi təyinatlılarının mərhələli olaraq bölgədən geri çəkilməsini təmin etməyə çalışır. İddiaya görə, İran İraqdakı “Haşdi Şabi” qruplaşmasından Suriyadakı məqsədlər üçün istifadə etmək istəyir. Tehranın bunun qarşılığında isə “PKK dövləti” layihəsinə səssiz qalacağı bildirilir.

Rusiya

Rusiyanın isə son vaxtlar ABŞ-la Suriya böhranında yaxınlaşması diqqət çəkir. Ölkənin cənubunda elan edilən atəşkəs razılaşması bunun göstəricilərindən biridir. Aralıq dənizindəki bazalar və neft-qaz hövzələri üzərində nəzarəti təmin etməyə çalışan Rusiya təcili olaraq atəşkəsə ehtiyac duyur.

ABŞ

Suriyanın şimalında PKK işğalı altındakı bölgələrdə 11 hərbi baza quran ABŞ isə ölkənin federallaşmasını qarşısına məqsəd qoyub. Bu məsələdə Fransadan da dəstək alan ABŞ Suriyanın şimalına PKK-nın əli ilə nəzarət etmək istəyir. ABŞ bu məqsədlə PKK-nı sürətlər silahlandırır.

Türkiyə

Türkiyə isə bütün diqqətini Suriyanın şimalında PKK-nın əli ilə qurulması planlaşdırılan “terror dövləti” layihəsinə mane olmaqdır. Türkiyə “Fərat Qalxanı” hərəkatı dövründə və sonra Cerablusdan Azezə qədər 20-ya yaxın hərbi baza qurub. Türkiyə Silahlı Qüvvələri PKK üçün simvolik və strateji dəyəri olan Afrində əməliyyata hazırlaşır.

 




Ana səhifəyə qayıt        Baxış: 863          Tarix: 5-08-2017, 14:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma