Xəbər lenti

 

Tanınmış Gürcüstan aktrisası Lika Kavjaradze Tbilisidə yaşadığı mənzildə ölü tapılıb. 

Ovqat.com APA-ya istinadən xəbər verir ki, 58 yaşlı aktrisanın ölümünün səbəbi barədə rəsmi məlumat verilmir. Gürcüstan Daxili işlər nazirliyindən faktla bağlı araşdırma aparıldığını bildiriblər.

Gürcüstanın Birinci kanalı Kavjaradzenin yaxınlarına istinadən onun ürəktutmasından vəfat etdiyi barədə məlumat verib.
 
Qeyd edək ki, karyerası ərzində onlarla filmə çəkilən Lika Kavjaradze Tenqiz Abuladzenin 1976-cı ildə lentə aldığı "Arzu ağacı" filmindən sonra məşhurlaşıb. 




Ana səhifəyə qayıt        Baxış: 635          Tarix: 11-10-2017, 22:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma