Rusiya prezidenti Vladimir Putin rəsmi Moskvanın “Paris İqlim Müqaviləsi”nin bütün qərarlarını dəstəklədiyini və anlaşmaları tətbiq etməyə hazır olduğunu açıqlayıb.
Publika.az xəbər verir ki, prezident bu barədə Soçi şəhərində bu barədə 19-cu buraxılışı təşkil edilən Dünya Gənclik və Tələbə Festivalının iştirakçıları ilə bir araya gələrkən söhbət açıb:
“Qısa müddət öncə Parisdə dünyadakı iqlim dəyişikliklərinin qarşısının alınmasına dair qərarlar qəbul edildi. Bildirmək istəyirəm ki, Rusiya bütün bu qərarları dəstəkləyir və tullantıların azalması üçün olduqca çətin məsuliyyətləri öz üzərinə götürür. Müqavilə ilə bağlı bütün razılaşmaları həyata keçirmək niyyətindəyik. Bu mövzuda fərqli düşüncələr olsa da, sonda pozitiv nəticələrə çatacağımıza inanıram”.
Qeyd edək ki, sözügedən müqavilə Birləşmiş Millətlər İqlim Dəyişikliyi Konfransında 194 ölkə tərəfindən təsdiqlənmiş və imzalanmışdı.
Ölkələrin iqlim dəyişikliyinin gətirəcəyi mənfi təsirlərə qarşı hazır olması və zəhərli qazların çevrəyə vurduğu zərərin qarşısının alınması kimi maddələrin də olduğu müqaviləni təkcə ABŞ Prezidenti Donald Tramp qəbul etməmişdi.
Paylaş: