Xəbər lenti

 

ABŞ-ın Dövlət katibi Reks Tillerson gözlənilmədən İraqa səfər edib.

Ovqat.com-un məlumatına görə, baş nazir Heydər əl-Abadi ilə görüşdə o, İraqın mərkəzi hakimiyyətini və kürd muxtariyyəti rəhbərliyini konstruktiv dialoqa çağırıb.

“Biz regional administrasiya ilə mərkəzi hökumət arasında yaranmış gərginlikdən narahatıq” deyən diplomat, Birləşmiş Ştatlar rəhbərliyinin həm Bağdadda, həm də Ərbildə dostlarının olduğunu bildirib.

Dövlət katibi əlavə edib ki, İraqın ərazi bütövlüyü qorunmalıdır və yalnız bu halda, fikir ayrılığını aradan qaldırmaq mümkündür.\\Metbuat.az




Ana səhifəyə qayıt        Baxış: 508          Tarix: 24-10-2017, 23:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma