Xəbər lenti

ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton 2011-ci ildə Liviyada hökumətin devrilməsinə öz siyasi ambisiyaları naminə təşəbbüs göstərib.

“Report” xəbər verir ki, bunu Rusiyanın "Birinci kanal"ına müsahibəsində qalmaqallı "WikiLeaks" nəşrinin təsisçisi Culian Assanj deyib.

"O, bir dövləti məhv etməyə qadir olduğunu, yəni bütöv bir dövləti məhv etmək üçün kifayət qədər amansız və qaniçən olduğunu sübut etmək istədi…", - deyə Assanj bildirib.

Onun sözlərinə görə, Klinton bu şəkildə respublikaçılardan olan namizədlərlə ABŞ prezidenti postu uğrunda mübarizə aparmaq iqtidarında olduğunu nümayiş etdirmək istədi. Assanj əlavə edib ki, onun siyasi ambisiyalarının nəticəsi olaraq on minlərlə insan öldü və İŞİD baş qaldırdı.

"WikiLeaks"in təsisçisi bildirib ki, Pentaqon və Mərkəzi Kəşfiyyat İdarəsi Liviyada kampaniyaya hazırlaşmayıblar və Dövlət Departamentini Afrika ölkəsində aparılmalı olan hərbi əməliyyatlardan çəkindirməyə çalışıblar.

2011-ci ildə NATO-ya üzv olan bir neçə ölkə Liviyada üsyançılara dəstək verərək Müəmmar Qəddafi rejiminin devrilməsinə nail olublar. Lakin ölkədə vətəndaş müharibəsi hələ də, davam edir.




Ana səhifəyə qayıt        Baxış: 756          Tarix: 26-10-2017, 12:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma