Xəbər lenti

 Türkiyə "Hər şey daxil" sistemini ləğv etsə, rus turistlərin axını digər ölkələrə istiqamətlənəcək.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Səyahət Sənayesi Birliyinin sədr müavini Yuri Barzıkin bildirib.

Barzıkin alternativ ölkələrdən birinin Keniya ola biləcəyini istisna etməyib.

"Misirə uçuşlar qadağan olunduqdan sonra Keniyadakı istirahət yerləri almanlar, polyaklar, çexlər tərəfindən fəth edildi. Frankfurtdan ardıcıl bu ölkəyə təyyarələr qalxır", - Barzıkin söyləyib.

Barzıkin "Hər şey daxil" sistemindən otellər səviyyəsində imtina edilməsinin istisna olmadığını, ancaq Türkiyənin bu sistem sayəsində çox uğurlu addım atacağını vurğulayıb.

Qeyd edək ki, “Hər şey daxil" sistemi otellərin təklif etdiyi paketlərdən biridir. Adından da göründüyü kimi, bütün otel xidmətlərinin daxil olduğu konsepsiyanı göstərir. Əsasən yerli spirtli içkilər bu paketə daxil edilir.




Ana səhifəyə qayıt        Baxış: 269          Tarix: 1-11-2017, 08:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma