Xəbər lenti

ABŞ Daxili Təhlükəsizlik Nazirliyi Amerikanın hava limanlarında aparılan bir sıra yoxlamalar nəticəsində belə qənaətə gəlib ki, onların təhlükəsizlik sistemlərində ciddi nöqsanlar var. 

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Ölkənin ABC telekanalının mənbələrinin məlumatına görə, nazirliyinin əməkdaşları qeyd ediblər ki, Nəqliyyat Təhlükəsizliyi İdarəsinin işçiləri yoxlama hallarının yarısında sərnişin və baqajların lazımi şəkildə baxışını apara bilmirlər. Problemlər həm tətbiq edilən avadanlıqda, həm də onların istifadə etdiyi üsullarda olub.

ABŞ hava limanlarında analoji yoxlamalar 2015-ci ildə aparılıb. Həmin yoxlamalar zamanı Daxili Təhlükəsizlik Nazirliyinin əməkdaşları 95% hallarda silah və partlayıcı maddələri baxış məntəqələrindən gizli keçirməyə müvəffəq olublar. 




Ana səhifəyə qayıt        Baxış: 503          Tarix: 9-11-2017, 11:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma