Xəbər lenti

Qazaxıstanda, hava limanında azərbaycanlıya məxsus 2 milyon dollar dəyərində qaçaqmal aşkarlanıb.

RİA "Novosti"xəbər verir ki, bu barədə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, beynəlxalq hava limanında sərhəd yoxlanışı zamanı ümumi çəkisi 48 kq olan iki çantaya baxış keçirilib. Həmin çantalar İstanbuldan Qazaxıstana uçan azərbaycanlının adına qeydə alınıb: “Yoxlama zamanı 11,786 ədəd zinət əşyası aşkar edilib. Onların 32 kiloqramı sarı və 16 kiloqramı boz metal olub. Qaçaqmalın ümumi dəyəri 2 milyon dollar təşkil edir”.

1980-ci il təvəllüdlü azərbaycanlı saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb. (apa)




Ana səhifəyə qayıt        Baxış: 873          Tarix: 21-08-2017, 16:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma