Xəbər lenti

 İspaniyanın Ali Məhkəməsi məhkəmə istintaqı zamanı Kataloniya parlamentinin spikeri Karme Forkadelin həbsinə qərar verib.

Axar.az xəbər verir ki, bu barədə “El Mundo” informasiya yayıb.

Məlumata görə, Forkadel yalnız 150 min avro məbləğində girov ödəyəcəyi halda zaminə buraxıla bilər. Parlamentin Rəyasət Heyətinin digər keçmiş üzvlərinin hər birinə isə 25 min avro məbləğində zamin pulu ödəmək üçün bir həftə vaxt verilib.

Qeyd edək ki, İspaniya Ali Məhkəməsi Kataloniya parlamenti rəhbərliyinin 6 üzvünü, o cümlədən spiker Karme Forkadeli ifadələrinin alınması üçün məhkəməyə çağırmışdı.




Ana səhifəyə qayıt        Baxış: 280          Tarix: 10-11-2017, 10:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma