Xəbər lenti

Həbsxanada dava - Yaralılar var

Kolumbiyada Kolumbiya İnqilabçı Silahlı Qüvvələri (FARK) nümayəndələrinin olduğu həbsxanada siyahıyaalma zamanı mübahisə yaranıb.

Publika.az xəbər verir ki, hadisə nəticəsində məhbuslar və mühafizəçilər arasında yaralananlar var.

Ölkənin paytaxtı Boqota şəhərində La Pikoto həbsxanasında baş verən hadisə nəticəsində 34 nəfərin yaralandığı bildirilir. Onların 14-ü həbsxana mühafizəçiləridir.

Məhkumların hüquqlarının müdafiəçisi Con Leon hər dəfə məhkumların sayım prosesində bu cür problemin yarandığını və onlara qarşı güc tətbiq edildiyini bildirib.




Ana səhifəyə qayıt        Baxış: 918          Tarix: 11-11-2017, 16:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma