Kiyevdə supermarketdən birinin ziyarətçiləri Rusiyanın T-14 “Armata” tanklarına oxşar oyuncaq tankların satışına görə hiddətləniblər.
Publika.az xəbər verir ki, bu haqda Ukraynanın “Obozrevatel” nəşri bildirib.
Nəşr qeyd edir ki, televiziya aparıcısı Andrey Bulqarov feysbuk səhifəsində diqqəti oyuncaq tankların satışına yönəldib. “Armata”ya oxşar tankların “paytaxta daxil olduğunu” yazan jurnalist rəsmi şəxsləri buna reaksiya verməyə çağırıb.
Televiziya aparıcısı qeyd edib ki, onun müraciəti ekstremizmə çağırış deyil. Ancaq o, yazını tezliklə silib.
Supermarketin məxsus olduğu “Fozzy Group” şirkəti məsələnin araşdırıldığını və Rusiya simvolları olan oyuncaqların müsadirə edildiyini açıqlayıb.
Qeyd edək ki, “Üçüncü dünya müharibəsinin tankı” adlandırılan T-14 Rusiya müdafiə sənayesinin mühüm imic layihəsi və 1991-ci ildə SSRİ-nin dağılmasından sonra hazırlanmış ilk tankdır. Tank 125 mm-lik yivsiz topla təchiz olunub, lüləsi məsafədən idarə olunur. Qərb tankları ilə müqayisədə o daha manevrlidir və digər qoşun birləşmələri ilə qarşılıqlı əlaqə üçün bütün zəruri texnika ilə təchiz edilib. Burada əsas məqam setesentrik müharibələrin aparılmasıdır.
Qərb ölkələri Rusiyanın “Armata” T-14 tankını təqdim etməsindən sonra onun analoqlarının yaradılması üzərində işləri sürətləndiriblər.
Paylaş: