Xəbər lenti

 Venesuelada iki avtobusun toqquşması nəticəsində azı 13 nəfər həlak olub, 37 nəfər yaralanıb.

AZƏRTAC xəbər verir ki, Nacional qəzetinin yaydığı məlumata görə, qəza ölkənin şərqindəki Ansoateqi və Bolivar ştatlarının sərhədində baş verib. Avtobuslarda Karakas şəhərindən qayıdan 1 may nümayişinin iştirakçıları olublar.

Bolivar ştatının qubernatoru Fransisko Ranxel Qomes bildirib ki, toqquşmaya avtobuslardan birinin qəfil tormozlanması səbəb olub.




Ana səhifəyə qayıt        Baxış: 973          Tarix: 2-05-2017, 23:02      

Xəbəri paylaş


Paylaş:   

Prizma