Xəbər lenti

Böyük Britaniya parlamenti iyunun 8-də ölkədə keçiriləcək növbədənkənar seçkilərə qədər fəaliyyətini dayandırıb.

Ovqat.com "Report" istinadın xəbər verir ki, ölkə qanunvericiliyinə əsasən, parlament seçkilərə 25 iş günü qalmış buraxılır.

Bu andan etibarən Böyük Britaniya qanunvericilik orqanının hər cür fəaliyyəti dayandırılır, deputatlar isə parlament üzvü statusunu itirir. Onlara əşyalarını toplayıb iş yerlərini tərk etmək üçün bir neçə gün vaxt verilir.

Eyni zamanda, baş nazir Tereza Mey və onun hökumətinin üzvləri seçkilərə qədər işinə davam edəcək.

Bu gün T.Mey kraliça II Yelizaveta ilə görüşüb, onu parlamentin buraxılması və seçki kampaniyasının başlaması barədə məlumatlandıracaq.

 




Ana səhifəyə qayıt        Baxış: 888          Tarix: 3-05-2017, 11:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma