Xəbər lenti

 Qondarma Luqansk Xalq Respublikasındakı böhranı Rusiya yaradıb.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı RBK agentliyi özünün etibarlı mənbələrinə istinadən yayıb. Agentlik qondarma rejimi kurasiya edən Rusiya prezidentinin köməkçisi Vladislav Surkovun separatçı rejimin rəhbəri İqor Plotnitski ilə keçmiş Daxili İşlər naziri İqor Kornet arasındakı münaqişədə məhz naziri müdafiə etdiyini bildirib. Kornetin Luqanskda əsas dövlət binalarını ələ keçirməsinə baxmayaraq, Plotnitskinin hakimiyyətdən uzaqlaşdırılması nəzərdə tutulmayıb:

“Bu çevriliş cəhdində Rusiyanın təsiri çoxdur. Belə ki, Donetsk Xalq Respublikası Moskvadan kifayət qədər müstəqildir. Luqanskda isə məsələ başqadır. Moskva burada öz siyasətini korrektə etmək və təsir gücünü artırmaq qərarı alıb. Plotnitski hakimiyyətdən uzaqlaşdırılmayacaq. Ona son şans verilib ki, idarəetmə sistemi qura bilsin”.

Qeyd edək ki, ötən gün Luqanskın mərkəzi, o cümlədən administrativ binalar naməlum şəxslər tərəfindən tutulub. Binaları ələ keçirən şəxslərin hərbi formada olduqları, amma üzərilərində heç bir təşkilatın işarəsini daşımadıqları bildirilib. Separatçı rejimdə böhranın yaranmasına səbəb Daxili İşlər naziri İqor Kornetin rejimin rəhbəri İqor Plotnitskinin əmrinə tabe olmaması olub. Kornet




Ana səhifəyə qayıt        Baxış: 618          Tarix: 22-11-2017, 10:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma