Xəbər lenti

 ABŞ prezidentinin keçmiş müşavirinin FTB-yə yalan ifadə verdiyini etiraf etməsi və istintaqla əməkdaşlığa hazır olduğunu söyləməsi Trampın impiçment prosesinin başlanğıcı ola bilər.

Axar.az xəbər verir ki, bu sözləri rusiyalı politoloq Andrey Piontkovski deyib.

Onun sözlərinə görə, Flinn artıq rus səfirə onun administrasiyasının Obama tərəfindən tətbiq edilən sanksiyaları aradan qaldıracağını Putinə çatdırmasını istədiyi görüşlə bağlı FTB-yə yalan ifadə verdiyini qəbul edib. Keçmiş müşavirin istintaqla hərtərəfli əməkdaşlığa hazır olmasını açıqlaması isə onu göstərir ki, Flinn gec və ya tez baş verənlərin şəxsi təşəbbüsü deyil, Donald Trampın tapşırığı olduğunu etiraf edəcək. Bu isə öz növbəsində prezidentə qarşı rəsmi tədbirlər üçün çox ciddi bir səbəb olacaq və onun impiçment prosedurunun başlanğıcına qədər gətirib çıxaracaq.

Piontkovski Flinnin etdiyinin çox ciddi bir cinayət faktı olduğunu və buna görə onu ən azı 5-6 il həbs həyatı gözlədiyini bildirib.

“Ümumiyyətlə, ABŞ qanunlarına görə, xarici dövlətlə danışıqlar aparmaq cəhdi (illah da bu dövlət düşmən mövqedə sayılırsa) çox ciddi bir cinayətdir. Əgər sabah Trampı hakimiyyətdən kənarlaşdırsalar, çox güman ki, bütün bu proseslər növbəti aralıq seçkilərə qədər davam edəcək”, - Piontkovski qeyd edib.

Ekspert həmçinin Rusiya-Ukrayna münaqişəsi istiqamətində Tramp və Tillersonun heç bir qərar vermədiyini, qərarları Kurt Volkerin təyin etdiyini bildirib.

Qeyd edək ki, bir qədər əvvəl Maykl Flinn özünü FTB-yə yalan ifadə verməkdə günahkar bildiyini, Donald Trampın əmri əsasında hərəkət etdiyini və hər şeyi düzəltmək üçün istintaqla əməkdaşlıq etməyə hazır olduğunu açıqlayıb.




Ana səhifəyə qayıt        Baxış: 828          Tarix: 3-12-2017, 09:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma