Xəbər lenti

  

ABŞ prezidenti Donald Trampın ən yaxın adamlarından sayılan Maykl Flin seçki prosesi dövründə Rusiyanın xüsusi xidmət orqanlarıyla görüşdüyünü etiraf edib.

Ovqat.com xəbər verir ki, Flin istintaqa Rusiya rəsmiləriylə görüş təlimatını Trampdan aldığını bildirib.

Trampın keçmiş milli təhlükəsizlik müşaviri olan Maykl Flin bu etirafından sonra istintaqa cəlb olunuraq məhkəməyə aparılıb. Məhkəmə onun etiraflarını haqlı qəbul edərsə, Trampı ağır günlər gözləyəcək. Prezidentin hətta öz vəzifəsindən uzaqlaşdırmaq ehtimalı da istisna edilmir.

ABŞ qanunvericiliyinə görə, prezidentin impiçmenti məsələsini yalnız vitse-prezident qaldıra və bu təklifi Konqresin müzakirəsinə çıxara bilər. Qərar Konqresdə sadə səs çoxluğu ilə təsdiq edilərsə, impiçment təklifinə Senatda baxılır və senatorların ən azı 3/2-nin razılığıyla prezident vəzifəsindən qovulur.

 

Qanunvericilikdə impiçment üçün 3 cinayətdən ən azı birinin vacibliyi tələb olunur. Bunlardan biri də düşmən ölkəyə yardım etməklə xarakterizə olunan xəyanət, digəri siyasi fayda qarşılığında hədiyyə və rüşvət almaq, bir başqası isə detalları açıqlanmayan “vahiməli və ağır” cinayət əməlləridir. Flinin etirafları ABŞ qanunvericiliyində impiçment üçün nəzərdə tutulan ilk halın yaranmasına əsas ola bilər.

Qeyd edək ki, indiyə qədər 3 ABŞ prezidenti barədə Konqresdə impiçment təklifi irəli sürülsə də, heç biri reallaşmayıb. Bu sahədə Trampın bir ilkə imza ataraq tarixə düşmək imkanları var.

 

Maykl Flin ABŞ prezidenti Donald Trampın öz kürsüsündə oturmasından sonra onun milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi təyin edilsə də, sevinci uzun sürməmiş və 24 gün sonra istefa vermək məcburiyyətində qalmışdı.

 




Ana səhifəyə qayıt        Baxış: 1 675          Tarix: 1-12-2017, 23:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma