Xəbər lenti
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
20-11-2024, 21:41
20-11-2024, 18:40
20-11-2024, 17:11
20-11-2024, 16:41
20-11-2024, 15:36
20-11-2024, 14:19
İlqar Vəlizadə: “Bunu cavab təlimi kimi dəyərləndirmirəm, çünki...”
Azərbaycan ordusunun hərbi təlimləri davam etdiyi bir zamanda Ermənistandakı Rusiya ordusunun artilleriya və aviasiya bölmələrinin də təlimləri başlayıb.
Maraqlıdır, rus ordusunun Ermənistanda apardığı bu təlimlər Azərbaycana əzələ nümayişi kimi dəyərləndirilə bilərmi? Yoxsa hər iki təlimin üst-üstə düşməsi sadəcə təsadüf kimi xarakterizə edilməlidir?
Ovqat.com xəbər verir ki, Moderator.az-a açıqlama verən politoloq İlqar Vəlizadə rus ordusunun keçirdiyi təlimlərin Azərbaycana cavab kimi dəyərləndirmədiyini vurğuladı:
“Təlimlər planlı şəkildə keçirilən tədbirlərdir. Bu təlimlərin üst-üstə düşməsinin təsadüf olduğunu istisna etmirəm. Təlimlər adətən bir neçə ay öncə, ən azından bir ay öncə planlaşdırılır. Bu səbəbdən də təlimlərin üst-üstə düşməsini daha çox təsadüf kimi xarakterizə edilə bilər. Yəni rus ordusunun Ermənistanda başlatdığı təlimlər cavab təlimi deyil.
Ola bilsin ki, erməni tərəfi bunu cavab təlimi kimi təqdim etməyə çalışsın. Çünki belə təqdimat onlara sərf edir. Onlar çalışırlar ki, Azərbaycan-Rusiya maraqlarının toqquşması baş versin.
Onu da untumayaq ki, Rusiya Ermənistandakı bu bazanı sadəcə Qafqazda proseslərə nəzarət etmək üçün yaratmayıb. Rusiya bu bazanı daha çox cənub-şərqi Asiyadakı proseslərə nəzarət etmək məqsədi ilə yaradıb. Ona görə də aparılan təlimlərə daha geniş konteksdən yanaşmağa ehtiyac var”.
Seymur Əliyev
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar