Xəbər lenti

 Suriyada de-eskalasiya zonaları yaradılacaq.

Rusya nümayəndəsi deyib ki, Suriyada ABŞ-nin rəhbərliyi ilə beynəlxalq koalisiya qüvvələrinin hərbi təyyarələrinə de-eskalasiya zonalarda uçuşlar etmək qadağan olunub: “Türkiyə və İran Rusyanın “de-eskalasiya zonası” təklifi ilə razılaşdılar.

BMT bu hərəkəti müsbət qarşılasa da, ABŞ və Suriyadakı qiyamçı qrupların reaksiyası fərqli olub.
Musavat.com aljazeera.com –a istinadən xəbər verir ki, Rusiyanın namayəndəsi Aleksandr Lavrentyev bildirib ki, qadağa həm də Suriya hökumətinə də aiddir. 6 ay ərzində qeyd edilən ərazilər üzərindən uçuşlar qadağandır. Lavrentyev onu da əlavə edib ki, vəziyyəti pozan hər hansı cəhd olana qədər Rusya hərbi hava gəmisi bu ərazilərdən uçmayacaq.

Bu ərazilər İdlib, Türkmən dağları, Homs valilikləri, cənubda Deraa və Quta da daxil olmaqla Dəməşqin sərhədlərində yaradılacaq.

Təhlükəsiz elan edilməklə, bu zonalar həm də de-fakto uçuşa qadağan edilən yerlərə çevriləcək. Müxalif qüvvələr belə ərazilərin yaradılmasını dəfələrlə desə də, bu vaxta qədər tətbiq edilmirdi.

Uçuşa yasaqlı əvvəlki ərazilər İordaniya və Türkiyəyə sərhəd zonalardır.

Hərbi analitiklər bildirir ki, belə zonaların yaradılması sayəsində 1991-ci ildə saysız insanların həyatını xilas etmişdi. Lakin bu zonalara kimin nəzarət edəcəyi isə hələ ki müəyənləşdirilməyib.
Astanada keçirilən Suriya sülh danışıqlarını müxalifətçiləri dəstəkləyən Türkiyə və hökuməti dəstəkləyən Rusya və İran aparıb. Nə Suriya hökuməti, nə də müxalifət de-eskalasiya zonalarının yaradılması haqqında müqaviləni imzalamayıblar. Bir sıra qiyamçı qrupların nümayəndələri bildiriblər ki,

İranı qarant-dövlət kimi qəbul etmirlər.

Suriyadakı vətəndaş müharibəsi 7 ildir ki, davam edir.

Musavat.com




Ana səhifəyə qayıt        Baxış: 915          Tarix: 6-05-2017, 00:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma