Xəbər lenti

Aleksandr Lavrentiev 

Suriyada yaradılacaq təhlükəsizlik bölgələri ABŞ təyyarələrinə qapalı olacaq.

 Ovqat.com xəbər verir ki, Rusiyanın Astana sammitindəki nümayəndəsi Aleksandr Lavrentiev bunu Reuters xəbər agentliyinə açıqlamasında deyib.

Qeyd edək, sammitin dünənki iclasında Suriyada təhlükəsizlik bölgələri yaradılması qərara alınmış, Astana prosesinə qoşulan ölkələr- Rusiya, Türkiyə və İran bu barədə sənəd imzalamışlar.

Qazaxıstanın Xarici İşlər naziri Kayrat Abdrahmanov Astana danışıqları nəticəsində etibarlı bölgə elan edilən yerlərin adını da sadalamışdır- İdlib, Lazkiye, Hələb, Xama şəhərləri. O, həmçinin Xüms, Guta, Dera və Kuneytranın bəzi bölgələrini də qadağan zonasına aid etmişdi.

Rusiyanın Suriyanın hava sahəsinin müəyyən hissəsini ABŞ-a bağlı olduğunu bəyan etməsi yaxın gələcəkdə iki dövlət arasında yeni mübahisələr meydana gətirə bilər.




Ana səhifəyə qayıt        Baxış: 1 211          Tarix: 5-05-2017, 15:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma