"Bitcoinə pul qoyanlar bütün vəsaitlərini itirməyə hazır olsunlar".
Bunu İngiltərədə maliyyə sektorunu tənzimləyən Maliyyə Xidmətləri idarəsinin rəhbəri Endru Bailey bildirib. İlin əvvəlində dəyəri min dollarkən hazırda 16 min dollara qalxan virtual pul Bitcoin son vaxtlar dünyada ən çox danışılan mövzulardan biridir. Onu bəziləri "virtual qızıl" da adlandırır. Bəzi sərmayədarlar, iqtisadçılar və dövlər adamları Bitcoin və onun arxasında olan "blockchain" (blok zənciri) texnologiyasını müdafiə edir, amma bunu sərt tənqid edən və etibarsız sistem sayanlar da var.
BBC-nin "Newsnight" proqramına danışan Endru Bailey də deyib ki, bu virtual valyutanın arxasında nə mərkəzi banklar, nə də hökumətlər var. Buna görə də bu valyutanın etibarlı olması şübhəlidir, o bildirib. Endru Bailey Bitcoini qumara bənzədib və deyib ki, o da qumar kimi eyni riski daşıyır. Bu həftə içində Türkiyənin iqtisadiyyat məsələləri üzrə nazir müşaviri Mehmet Şimşək də deyib ki, Bitkoin-in dəyəri anidən qalxdığı kimi anidən də enə bilər.
Amerika Mərkəzi Bankının rəhbəri Janet Yellen də bu günlərdə bitkoinin "xeyli spekulyar" olduğunu bəyan edib (BBC).
Paylaş: