Estoniya İnternet vasitəsi ilə əməliyyatların aparılması üçün "Estcoint" adlı virtual pul vahidinə keçəcəyini açıqlayıb.
Dünyanın bir çox ölkələri "virtual valyuta (pul vahidi)" layihəsində çox ciddi işlər aparsa da, Estoniya nəhəng iqtisadi ölkələr arasında necə belə fərqlənə bildi?
Bu onun "internet dövləti" olma yolunda addım-addım irəlilədiyini göstərir.
"Virtual valyuta" vasitəsi ilə əməliyyatlar aparmağın ən böyük qorxusu əməliyatların nəzarətdən çıxa bilməsi ehtimalıdır.
Estoniyadan başqa digər ölkələr niyə cəsarət etmir?
İnternet vasitəsi ilə baş tutacaq və "virtual dünyanın subyektləri" tərəfindən ödəniləcək "virtual valyutanın" izlənməsi və nəzarətdə saxlanması çətin bir işdir.
Buna görə də, hələ ki, heç bir ölkə virtual valyutaya keçməyə cəsarət etməyib.
Estoniyada isə, vəziyyət bir az başqadır.
Ölkədə artıq 3 ildir ki, "E-rezidentlik" mövcuddur. Başqa sözlə, dünyanın müxtəlif ölkələrindən olan insanlara "rəqəmsal vətəndaşlıq" verilir.
Başqa bir ölkədə yaşasa da Estoniyadan "rəqəmsal yaşamaq icazəsi" ala bilənlər Estoniyaya addım atmadan şirkət qura və ya başqa işlərlə məşğul ola bilirlər.
Bu vəziyyət, əlbəttə ki, Estoniya dövləti üçün faydalıdır, çünki hər fəaliyyət dövlətə vergi ödəyir.
"Rəqəmsal Vətəndaşlıq" üçün qurulan bu sistemin təhlükəsizlik baxımından insanları təmin etdiyi ehtimal edilir.
Hazırda Estoniyanın 22 min rəqəmsal vətəndaşı var.
Estoniyadakı E-rezidentlik Rəqəmsal Kimlik Platformasının rəhbəri Kaspar Korjus ilk pillədə bu sistemdə ödəmələrə virtual pul vahidiEstcointilə başlanacağını bildirib.
Estoniyanın rəqəmsal vətəndaşları həm dövlətə qarşı öhdəliklərini, həm də sistem içində bir-birləri ilə edəcəkləri əməliyyatların qarşılığınıEstcointilə ödəyəcəklər.
Digər tərəfdən, Estoniyanın böyük planları var, belə ki, bir müddət sonraEstcoint-in normal ticarətdə də istifadə olunacağını düşünülür. (BBC)
Paylaş: