Xəbər lenti

 

Çinli alimlər virtual reallıq texnologiyalarından istifadədə edərək narkomaniyanın müalicəsində böyük uğurlara imza atıblar. Belə ki, virtual reallıq metamfetamin qəbul etmiş insanların 98,1 faizinin müalicəsində səmərəli vasitə olub.

Ovqat.com AZƏRTAC-a istinadən bildirir ki, bu texnologiya narkotikdən ağır asılı olan 67,3 faiz insanların müalicəsində də müsbət nəticə verib. Həmin nəticələr mindən çox təcrübə əsasında əldə edilib. Bu layihənin rəhbəri, çinli alim Wang Yongguangın sözlərinə görə, virtual reallıq xəstələrin asılılıq səviyyəsini qiymətləndirə və narkotik maddə aludəçiləri barədə videolar vasitəsilə onlara yardımçı ola bilir.

Təcrübə zamanı narkotik asılılığından əziyyət çəkən insanlar altı virtual reallıq seansından keçiblər. Onlar xüsusi virtual reallıq eynəkləri taxıblar. Xüsusi cihaz isə onların ürək döyüntülərini izləyib. Seans zamanı həmin şəxslərə narkotik istifadəsi və narkotikin fəsadları barədə sənədli filmlər göstərilib. Videonun sonunda isə onlara doğma və rahat ev səhnəsi təqdim edilib.

Alimlər narkomaniyadan qurtulmaq üçün virtual reallıq texnologiyasından daha mütəmadi şəkildə istifadəni vacib hesab edirlər.




Ana səhifəyə qayıt        Baxış: 843          Tarix: 14-08-2017, 21:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma