Xəbər lenti

Gürcüstanın sabiq prezidenti və Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili bildirib ki, Ukraynanın bütövlüyünü qoruyub saxlamaq üçün prezident Pyotr Poroşenko ilə razılığa gəlmək lazımdır.

"Report" xəbər verir ki, onun sözlərini "NewsOne" nəşri sitat gətirib.

"Biz hamımız bir istiqaməti tutmalıyıq, o barədə danışmalıyıq, o cümlədən onunla. Lakin eyni zamanda biz ölkəni çəkişdirməmək barədə razılığa gəlməliyik", — deyə Saakaşvili əlavə edib.

O həmçinin qeyd edib ki, Poroşenkonu "düşmənlə əlbir olmaqda" ittiham etmir.




Ana səhifəyə qayıt        Baxış: 643          Tarix: 16-12-2017, 11:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma