Xəbər lenti

                          

Səudiyyə Ərəbistanı krallığının vəliəhdi, şahzadə Məhəmməd ibn Salman Fransanın paytaxtı Parisdə yerləşən tarixi “XIV Lüdövik İmarəti”ni alıb.

“Nyu York Tayms” qəzetinin verdiyi məlumata görə, yaxın zamanda 500 milyon dollarlıq gəmi və Leonardo da Vinçinin 450 milyon dollarlıq “Salvador Mundi” adlı tablosunu alan Məhəmməd İbn Salman bu qəsri 2015-ci ildə adına keçirib.

Həmin dövrdə isə evi  şərqli bir iş adamının aldığı açıqlanmışdı, amma onun kimliyinə aydınlıq gətirilməmişdi. Qəzet bu xəbəri 13 milyon dollardan çox qiyməti olan sənədlərin toplandığı “Panama sənədləri”nə istinadən yayımlayıb.

“Fortuna” dərgisinin 2015-ci ildə dünyanın ən bahalı evi olaraq dəyərləndirdiyi qəsrdə 3000 şüşəlik şərab evi, kino zalı, açıq və qapalı hovuz, iki balet salonu, gecə klubu, kitabxana, akvarium otağı və 10 ədəd yataq otağı var.

Qeyd edək ki, ötən aylarda vəliəhdin göstərişi ilə S.Ərəbistanında bir çox şahzadə və nazirlərə korrupsiya və israfçılıqda  ittiham edilərək həbsə atılmışdı. Məhz bu səbəbdən şahzadənin  300 milyon dollara imarət aldığı  üzə çıxması isə birmənalı qarşılanmayıb.//Ovqat.com

                           




Ana səhifəyə qayıt        Baxış: 635          Tarix: 18-12-2017, 21:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma