ABŞ mətbuatı 3-cü dünya müharibəsinin başlanmasında Rusiyanı və Çini əvvəlcədən günahlandırmaq istəyir.
«Newsweek» jurnalı yazır ki, Amerika Birləşmiş Şatatlarının (ABŞ) hərbi qüvvələrinin Şimali Koreyaya (Koreya yarımadasına) ayaq basması ilə 3-cü dünya müharibəsi başlaya bilər. Jurnal bu barədə öz nöqteyi-nəzərini iki sabiq hərbi məmurun fikirləri ilə möhkəmlətməyə çalışır. Onlar hesab edirlər ki, qonşu Koreya yarımadasında müharibənin başlanacağı təqdirdə, Çin və Rusiya ABŞ-ın silahlı qüvvələrinə hücum planı hazırlaya bilər.
Qərb hərbi rayonları komandanının sabiq müavini, general-leytenant Van Xunquan xəbərdarlıq edir: «Koreya yarımadasında müharibə hər an alovlana bilər və böyük ehtimalla bu, 2018-ci ilin martına qədər baş verəcək».
General bu şərhi Çin Kommunist partiyasının (KP) rəsmi ruporu olan «The Global Times» qəzetinə verib.
«Çin, Koreyada mümkün müharibəyə psixoloji baxımdan hazır olmalıdır. Bunun üçün Şimal-Şərqi Çin bölgələri səfərbər edilməlidir» – deyə, Çinli general Van Xuanquan xəbərdarlıq edib.
Bundan bir gün sonra, Çinin hərbi eksperti Sun Çjunpin də oxşar fikirlər səsləndirib. Onun fikrincə, əgər hesab edərsə ki, çox ciddi təhlükədir, o zaman Çin ABŞ ordusuna həmlə edə bilər.
«Çin və Rusiyanın birgə hərbi təlimlərinin əsas hədəfi, həm ballistik, həm də qanadlı raketlərə malik olan ABŞ-dır. Bunlar həm Pekin, həm də Moskva üçün real təhlükə təşkil edə bilər» – deyə, Çinli ekspert Sun Çjunpin bildirib.(azpolitika.info)
Paylaş: