Xəbər lenti

 

Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Hollandiyaya getmək üçün sənəd paketi alıb.

Ovqat.com report-a istinadən xəbər veirir ki, bu barədə "RBK-Ukrayna"ya Ukraynanın hakim koalisiyasındakı mənbə məlumat verib.

Məlumata görə, dekabrın 11-də istintaq təcridxanasından çıxdıqdan sonra M.Saakaşvili Hollandiya səfirliyinə gedib və orada bu ölkəyə getməyə imkan verən sənədlər paketini alıb.

"Gördüyünüz kimi, o, bunu etmədi. Ona qarşı güc tətbiq edilməsi planlaşdırılmır. Hazırda onun Ukraynada olmasının qanuniliyi üzrə hüquqi prosedur aparılır. Proses yanvar ayının ortalarından tez bitməyəcək", - mənbə bildirib.

Xatırladaq ki, Gürcüstanın keçmiş prezidentinin həyat yoldaşı Sandra Rulofs əslən Hollandiyadandır.




Ana səhifəyə qayıt        Baxış: 734          Tarix: 20-12-2017, 20:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma