Xəbər lenti

Daha bir Şimali Koreya hərbçisi quru sərhədi ilə keçməklə Cənubi Koreyaya qaçıb.

“Report” xəbər verir ki, bu barədə Qərərgah Rəisləri Komitəsinə istinadən "Renxap" agentliyi məlumat yayıb.

Bildirilir ki, "aşağı rütbəli" KXDR hərbçisi "qatı duman"dan istifadə edərək gecə saatlarında qərb nəzarət-buraxılış məntəqəsində görünüb.

Bundan əvvəl noyabrda KXDR əsgərinin demilitarizasiya edilmiş zonadan Cənubi Koreyaya keçdiyi məlum olmuşdu. Sonradan Seul qaçışın təfərrüatlarını açıqlamışdı.




Ana səhifəyə qayıt        Baxış: 753          Tarix: 21-12-2017, 14:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma