Xəbər lenti

 Tailandda vətəndaşlardan biri müxtəlif investorlara qarşı dələduzluq etdiyi üçün məhkəmə tərəfindən 13 min 275 il müddətinə həbs cəzasına məhkum edilib.

Axar.az xəbər verir ki, 34 yaşlı Pudit Kittihradilok ölkənin müxtəlif şəhərlərində seminarlar təşkil edərək insanları daşınmaz əmlak, bahalı avtomobillər, gözəllik məhsulları və s.-yə investisiya qoymağa təşviq edib.

40 mindən çox insanın saxta şirkət hesablarına 160 milyon dollar vəsait yerləşdirdiyi məlum olub.

Avqust ayında yaxalanan Kittihradilok günahını etiraf edib və nəticədə cəzasının 6 min 637 ili silinib.

Bundan sonra onun cəzası 13 min 275 il olaraq müəyyən edilib.




Ana səhifəyə qayıt        Baxış: 336          Tarix: 30-12-2017, 21:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma