Xarici KİV-lərin verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) hətta qeyri-nüvə hücumna belə nüvə silahı ilə cavab verməyə hazırdır.
Amma Vaşinqton bu imkanı yalnız fövqəladə vəziyyətlər üçün nəzərdə tutur və bununla ölkənin həyati əhəmiyyətli obyektlərini, müttəfiqlərini və həmkarlarını qorumaq məqsədi güdür. Bu barədə ABŞ-ın yeni nüvə doktrinası layihəsində söhbət açılır. Sənədin məxfilikdən azad versiyasını «Haffinqton post» internet nəşri ictimailəşdirib.
Bu zaman izah olunur ki, ABŞ nüvə silahının yayılmaması üzrə Müqavilənin üzvü olan və öz öhdəliklərinə sadi qalan qeyri-nüvə dövlətlərinə qarşı nüvə silahı tətbiq etməyəcək və ya onları nüvə silahı tətbiqi ilə hədələməyəcək.
Məlumat üçün bildirək ki, ABŞ-n nüvə doktrinasının hazırlanması barədə göstərişi hələ bir il bundan əvvəl Prezident Donald Tramp verib. Sənəd rəsmi olaraq, yanvarın sonunda və ya fevralın əvvəlində ictimaiyyətə elan ediləcək.//
AzPolitika.info
Paylaş: