Xəbər lenti

                                                              

 

Roma Papası I Fransiskin Cənub Amerika səfəri davam edir.

Ötən gün Papanın Peruya səfəri başlayıb.

Səfərin ilk günündə Roma papası paytaxt Limada Prezident sarayına gedib.

Saraya 3-4 kilometrlik məsafədə Fransiski aparan avtomobilin təkəri deşilib. Papanın Prezident sarayına çatdırılması üçün onun avtomobili qısa müddət ərzində dəyişdirilib.

Roma papası Limada görüşlər keçirdikdən sonra Truxilyo şəhərinə gedib. O, burada ötən il sürüşmə və daşqınlardan əziyyət çəkmiş hindu sakinlərlə görüşəcək.//Trend




Ana səhifəyə qayıt        Baxış: 302          Tarix: 20-01-2018, 18:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma