Xəbər lenti

“ABŞ-ın dövlət katibi Reks Tillersona dedim ki, bizimlə terrorçuların verdikləri məlumatlar əsasında danışmayın”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İraqdan səfərdən qayıdarkən təyyarədə jurnalistlərə müsahibəsində bildirib.

O, ABŞ-ın dövlət katibi ilə telefon danışığının detallarını açıqlayıb: “Reks Tillerson telefon danşığımızda dedi: “Mövlud, dostlarımızn verdiyi məlumata görə Türkiyəyə raket filan atmayıblar”. Mən də cavab olaraq bildirdim: “Biz öz dostlarımızdan aldığımız məlumatı əsas hesab edirik, onu nəzərə alırıq”. Ardınca bunları dedim: “Fərat qalxanı” əməliyyatı zaman YPG (terrorçu PKK-nın Suriyadakı qollarından biri) sizə deyirdi: “Rakkaya girməyəcəyik, sizinlə əməkdaşlıq etməyəcəyik”. İndi də bunun oxşarını edirlər. Zəhmət olmazsa, bizimlə onların verdikləri məlumatlar əsasında və terrorçuların dili ilə danışmayın”. 

Türkiyənin XİN başçısı rəsmi Vaşinqtondan əsas tələblərinin nə olduğuna da aydınlıq gətirib: “Biz ABŞ-a deyirik: “Yanımızda deyilsinizsə, gördüyümüz işə kölgədə salmayın, qarşımızda da dayanmayın”. Menbiçdəki terrorçular davamlı olaraq, Türkiyə ərazisinə təcavüz atəşi açırlar. “Fərat qaxlanı” bölgəsində Azad Suriya Ordusu hücumlar ediblər. ABŞ onların qarşısını ala bilmirsə, biz oradayıq və onların qarşısını alacağıq”.

Onun sözlərinə görə, Türkiyə-ABŞ əlaqələrinin gələcəyi Vaşinqtonun bundan sonra atacağı addımlardan asılıdır: “Terrorçuluğa qarşı mübarizə bizim üçün həyati əhəmiyyətli bir məsələdir. Bu gün biz bu addımı atmazsaq, sabah mənim ölkəm təhlükə ilə üzləşəcək. Bu məsələdə heç kimdən qorxmuruq, qətiyyətliyik. Ölsək də bir dəfə ölərik”.

M.Çavuşoğlu deyib ki, Suriyanın Afrin bölgəsi ilə bağlı ən düzgün qərar oranı yerli əhaliyə təhvil verməkdir: “Biz əməliyyatdan sonra bunu edəcəyik”.

Türkiyənin xarici siyasət idarəsinin rəhbəri bildirib ki, Bağdada səfəri zamanı İraqla birlikdə Sincar bölgəsində PKK-ya qarşı əməliyyat keçirmək məsələsini müzakirə edib: “PKK-nın İŞİD-dən fərqi yoxdur. İraqa terrorçuların təmizlənməsi məsələsində əməkdaşlıq etməyi təklif etdik”.

Report




Ana səhifəyə qayıt        Baxış: 568          Tarix: 23-01-2018, 14:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma