Xəbər lenti

İran son 25 il ərzində ilk dəfə ABŞ-a qara kürü ixrac edib.

Trend-in məlumatına görə, İranın “Agriculture Services Specialized Holding Company” şirkəti ABŞ-a 10 kiloqram kürü tədarük edib.

Bu məhsulun bir kiloqramının qiyməti 1600 dollara çatır.

Qeyd edək ki, İran dünyanın ən iri qara kürü ixracatçısıdır. Ötən il ərzində İran 1,37 milyon dollar dəyərində 557 kiloqram qara kürü ixrac edib. Ötən il İranda 2 ton qara kürü istehsal olunub, bu il göstəricinin 3 tonadək çatdırılması nəzərdə tutulur.




Ana səhifəyə qayıt        Baxış: 556          Tarix: 7-02-2018, 16:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma