Xəbər lenti

Ağ Evin daha bir əməkdaşı Devid Sorensen məişət zorakılığında ittiham edilərək vəzifəsindən azad olunub.

Azərtac xəbər verir ki, bu barədə ABŞ Prezidentinin mətbuat katibinin müavini Rac Şax açıqlamasında bildirib. “Biz Sorensendən ittihamların həqiqətə uyğun olub-olmadığını soruşduq, o, hər şeyi inkar etdi və vəzifəsindən azad olundu”, – deyə açıqlamada qeyd edilir.

Devid Sorensen Prezident Donald Trampın çıxışlarının mətnlərinin tərtibçilərindən biri idi. Onu məişət zorakılığında keçmiş həyat yoldaşı ittiham edir. Sorensen isə əksinə, özünün məişət zorakılığının qurbanı olduğunu deyir.




Ana səhifəyə qayıt        Baxış: 288          Tarix: 10-02-2018, 11:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma