Xəbər lenti

Sərdar TURQUT

“Habertürk”ün Vaşinqton təmsilçisi, 16 fevral 2018-ci il

 

Haqlarında ABŞ-a girmə qadağası olan rus kəşfiyyatının üç önəmli vəzifəli şəxsi gizlicə Vaşinqtona gələrək, MKİ rəhbəri Pompeo vasitəsilə Ağ evə önəmli mesajlar çatdırıblar.

Onlar vəzifələrini yerinə yetirib Vaşinqtondan ayrılar-ayrılmaz, səhər saat 11.00-da Pompeo ilə görüşən prezident Tramp onun yanında Putinə zəng edib və ikisi uzun bir telefon görüşü keçiriblər.

Milli təhlükəsizlik məsələləri üzrə mütəxəssis olan və MKİ-dən yaxşı xəbər alan bir mənbəmin dediyinə görə, prezident Tramp danışığa Rusiyada baş verən təyyarə qəzası ilə bağlı başsağlığı verərək başlayıb, amma bir müddət sonra söhbət Suriyaya gəlib.

Bu telefon danışığı haqda Ağ ev, adəti üzrə, açıqlama verib, lakin açıqlamada Suriya məsələsindən söz belə açılmır.

Bu arada Tillersonun regionda davam edən turunun Küveyt ayağında jurnalistlərlə söhbətinin çözülmüş tam mətni də Vaşinqtona gəlib çatıb. Bu söhbətində Tillerson Suriya ilə bağlı “Ruslarla çox yaxın əlaqə içində çalışırıq. Onlar yaxınlarda Əsədi və rejimini Cenevrədəki görüşlərə gətirə bilər” deyib. Bütün danışığın yalnız bir yerində, sadəcə məsələyə toxunma olaraq keçən bu cümlədən və üç önəmli kəşfiyyatçının burada olmasından müəyyən qənaətə gələn milli təhlükəsizlik mənbələri “Deyəsən, ABŞ ilə Rusiya Suriyada bir həll variantı üzərində anlaşmaq üzrədir” şərhini veriblər.

 

Əslində gizli idi

 

KQB-nin davamı olan SVR-in (RF Xarici Kəşfiyyat Xidməti- tərc.) rəhbəri Sergey Narışkin FSB-nin (RF Federal Təhlükəsizlik Xidməti- tərc.) rəhbəri Aleksandr Bortnikovun MKİ rəhbəri Pompeo ilə keçirdiyi görüşə onlarla birlikdə Vaşinqtona gələn QRU rəhbəri ((RF MN Baş Kəşfiyyat İdarəsinin rəhbəri İqor Korobov– tərc.) qatılmayıb. Deyilənə görə, QRU ABŞ seçkilərinə elektronik müdaxilədə ittiham edildiyindən bunu Pompeo istəməyib.

Əslində bu təmaslar gizli saxlanılacaqdı. Ancaq Konqresdəki demokratların lideri Çak Şumer “Sanksiyalara görə ABŞ-a girmələri qadağan edilən ruslar Vaşinqtona necə gəliblər?” deyərək soruşunca, rəhbərlik də durumu qəbul etməyə məcbur olub.

Burada məsələni mənə anladan qaynaqlar, bu təmasdan sonra Türkiyənin Suriyada addım atarkən çox diqqətli olmasının lazım olduğunu, Rusiyaya etibar edərək ABŞ-a qarşı bəzi həmlələr etməməsinin daha doğru ola biləcəyini söyləyirlər.

Eyni qaynaqlar, Əsədlə bağlı hadisələrin inkişafının da Ankara tərəfindən mütləq izlənməli olduğunu bildirirlər.

 

ABŞ-ın yeni Suriya təmsilçisi

 

Bu günə qədər ABŞ-ın Suriya təmsilçisi XİN-dən olan Maykl Ratni idi. Onun yerinə Con Hannah təyin edilib.

Hannah maraqlı və təcrübəli adamdır. Corc Buş dövründə vitse-prezident olan Dik Çeyninin regionumuzdan məsul olan təhlükəsizlik müşavirinin müavini idi.

Regionumuza yönəlik olan uzunmüddətli planın nəticəsinin əks olunduğu xəritəni ilk dəfə gördüyüm 1992-ci ildə Pentaqondakı “Uzunmüddətli Siyasətlər” adlı “neo-con”çu qurumla da birlikdə sıx çalışmışdı.

Amma bizi hər şeydən daha çox maraqlandıran məsələ Hannahın Rəcəb Tayyib Ərdoğana ciddi şəkildə düşmən olması və qısa müddət öncə yazdığı yazılarda bunu açıqca ifadə etməsidir.

Yəni, ABŞ bir yandan “Suriyada birlikdə çalışaq” deyərkən, digər yandan da Suriya koordinatoru olaraq belə bir adamı təyin edə bilir.

Tərcümə Strateq.az-ındır




Ana səhifəyə qayıt        Baxış: 849          Tarix: 16-02-2018, 17:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma