Türkiyə prezidenti Ərdoğan Afrika səfərində bir qrup jurnalistə açıqlamalar verib.
Strateq.az xəbər verir ki, o, Afrindəki əməliyyatlarla bağlı danışıb. Açıqlamasında o, həm terrorçulara, həm də Qərb dövlətlərinə mesaj verib:
"Orada qarşımıza kim çıxarsa, onların qarşısında olacağıq. Bunun üçün çox araşdırma, dəqiqləşdirmə aparmaq niyyətində deyilik. Kim çıxarsa, gərəyini göstərəcəyik. Bundan birilərinin rahatsız olub-olmamasına baxmayacağıq. Bunun üçün kimsədən icazə almayacağıq. Bütün hallarda bu məsələ bitəcək. Əjdahanı yaralı buraxmayacaqsan".
Ərdoğan bildirib ki, Afrində PYD-nin bütün yeraltı tünelleri ələ keçirilib: "O tunellərdən hansı ölkələrin məhsulları çıxdı? Bütün bunlar ortadaykən Qərb bizdən nəyin hesabını soruşur?
Artıq çətin hədəflər təmizlənib. Bundan sonra işimiz daha asan olacaq. Türkiyə əvvəlki Türkiyə deyil. F-16-larımız, SİHA-larımız, tank, top və quru qoşunlarımızın hamısı gerçəkdən tarix yazırlar…".
Paylaş: