Xəbər lenti

 

Azərbaycanda internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması üçün məhkəməyə müraciət proseduru qüvvəyə minib.

 Ovqat.com APA-nın məlumatına istinadən xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2017-ci il 7 aprel tarixli 580-VQD nömrəli qanununun tətbiqi” barədə fərman imzalayıb.

 Mülki Məcəlləyə internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması haqqında işlər üzrə icraata dair əlavə edilən yeni fəsilə (40-6) əsasən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi internet informasiya ehtiyatında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna əsasən yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi hallarını müəyyən etdikdə, internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması üçün məhkəməyə müraciət edəcək. İnternet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə ərizə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yerləşdiyi yer üzrə veriləcək.

 Ərizədə internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması üçün qanunda nəzərdə tutulmuş əsaslar, internet informasiya ehtiyatı barədə məlumatlar, məhkəməyə qədər görülmüş tədbirlər qeyd olunmalı və ərizəçinin xahişi göstərilməlidir. İnternet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə ərizəyə məhkəməyə təqdim olunduqdan sonra 5 gün müddətində baxılmalı və müvafiq qərar qəbul edilməlidir. İşdə maraqlı olan şəxslərin məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmayacaq. İşə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edəcək. İnternet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minəcək və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmayacaq.

 

 








Ana səhifəyə qayıt        Baxış: 1 203          Tarix: 18-04-2017, 20:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma