Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çin səfərindən öncə jurnalistlərə açıqlama verib.
Ovqat.com məlumatına görə Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Ərdoğan açıqlamasında amerikalı həmkarı ilə gözlənilən görüşünə diqqət çəkib: "Çindən sonra ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona gedəcəyik. Cənab Trampla ikitərəfli münasibətlər, regional və beynəlxalq problemləri, o cümlədən, İŞİD, YPG/PYD və FETÖ məsələlərini müzakirə edəcəyik.
Bu arada, bir qrup yüksək ranqlı diplomatlarımızı ABŞ-a göndərmişdik. Heyət geri dönüb. İndi isə geniş nümayəndə heyəti ilə səfər edəcəyik. Bizim keçirəcəyimiz görüşlər vergül deyil, nöqtə məsafəsində olacaq. Hazırda ABŞ keçid dövrü yaşayır. Ona görə də çox həssas olmağımız vacibdir”.
Ərdoğan bildirib ki, Amerikanın YPG-ni silahla təmin etməsi müzakirə olunacaq əsas mövzulardan biridir: “Bir terror təşkilatını digəri ilə məhv etmək düzgün siyasət deyil. Digər məsələ FETÖ rəhbəri Fətullah Gülənin ekstradisiyasıdır. Bu işin axırına qədər gedəcəyik".
Paylaş: