Xəbər lenti

"Qış albalısı" Ticarət-Əyləncə Mərkəzində baş verən yanğından sonra Rusiyanın Kemerovo vilayətinin qubernatoru Aman Tuleyev müavini və Daxili Siyasət Departamentinin rəisini vəzifələrindən azad edib. 

Bu barədə "Report" "İnterfaksa" istinadən xəbər verir.

"Qubernatorun müavini Aleksey Zelenin və Daxili Siyasət Departamentinin rəisi Nina Lopatina vəzifələrindən azad ediliblər", – agentliyin həmsöhbəti deyib.

Həmçinin bildirib ki, A.Zeleninin yerini Kemerevo başçısının birinci müavini Olqa Turbaba tutacaq, N.Lopatinanın yerinə isə onun müavini Valentina Nazimok təyin ediləcək.

"Qış albalısı" Ticarət-Əyləncə Mərkəzində yanğın martın 25-də baş verib. Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğında 64 nəfər həlak olub.

 




Ana səhifəyə qayıt        Baxış: 299          Tarix: 28-03-2018, 17:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma