Xəbər lenti
27-11-2024, 19:25

Kerem Çalışkan

Odatv.com (Türkiyə), 29.03.2018

 

Dünyada nələr baş verdiyini anlamaq üçün Suriyada birbaşa burnumuzun ucunda dönüşən hadisələrin gizli yönünü daha diqqətlə izləmək gərəkdir.

Böyük Britaniya-ABŞ-NATO və Qərb dünyası gözlənilmədən antiputun cəbhəsi qurub. Putinin Böyük Britaniyada Rusiyanın keçmiş agentini zəhərlətdiyi ehtimalıyla, az qala, bütün Qərb üzə durub. O, diktator Putini ittiham edərək Rusiyanın bütün diplomatlarını dalbadal qovmağa başlayıb. Qərb yenidən soyuq savaş dönəminin şüarından yapışıb – “azad dünya”. Və quzğun kimi Putinin və bütün diktatorların üzərinə şığıyıb.

Putin və Rusiya keçmiş agentə sui-qəsd haqda ehtimalı sərt şəkildə rədd edib. Tezis irəli sürüblər ki, bu, Britaniya kəşfiyyatının fitnəsidir. Amma onlara heç kim qulaq vermir.

Qərbin bu çox şiddətli həmləsi və bunun üçün məqam seçiminin səbəbi bu faktdır ki, “Putin Afrin əməliyyatına yaşıl işıq yandırıb”. Putin Türkiyənin Afrindəki hərəkətinə göz yumduğundan “Aralıq dənizinə çıxan Böyük Kürdüstan” barədə Amerika-İsrail planı pozulub. İndi qəzəbə bürünmüş ABŞ-İsrail-Qərb Putinə hücum edir.

ABŞ-İsrail-Qərb ittifaqı indi Putini bu blokun Suriyada etməyə hazırlaşdığı gedişlərin qabağında geri çəkilməyə vadar etmək istəyir. Çünki Suriyada və Yaxın Şərqdə qarşılıqlı gedişlərin nəticəsini müəyyən edən güc bundan sonra Putin, Rusiya olacaq. Gələcəkdə bölgədə iki böyük əməliyyat keçirmək planlaşdırılır.

1.Türkiyənin elan etdiyi Mənbic və İraqda Amerika himayəsi altındakı Kürdüstan Fəhlə Partiyası (PKK) – Xalq Özünümüdafiə Dəstələrinə (YPG) qarşı əməliyyat.

2.ABŞ-İsrailin səudların dəstəyilə İrana qarşı həyata keçirməyə hazırlaşdığı hərbi əməliyyatlar. Bunun önəmli hissəsi İranın dəstəklədiyi gücləri və İran hərbçilərini Suriyadan qovmaqdır.

Bu iki əməliyyatın hər birinin bir başlıca şərti var. Putin Türkiyənin Mənbicdə, Qərbin isə İrana qarşı edəcəklərinə göz yummalı və susmalıdır. Qərb indi buna görə də Putini Suriyada neytrallaşdırmaq və İranı onun dəstəyindən etmək üçün qəddarcasına onun üzərinə atılıb.

Bu böyük oyunun məğzi “Böyük Yaxın Şərq” layihəsidir. Yəni bölgədə İsrailə tabe Böyük Kürdüstan qurmaqdır. Bölgənin başqa dövlətlərinin hamısını xırda hissələrə bölmək yoluyla İsrailin güvənliyini təmin etməkdir.

Türkiyə Afrində bu planları pozaraq Böyük Kürdüstanın Aralıq dənizinə çıxışına mane olan kimi ABŞ-da neokonlar və yəhudi lobbisi bütün qəzəb və gücüylə Putinin üstünə cumub.

Putin indi nə edəcək? Türkiyə nə edəcək?

Putin Qərbə qarşı cavab gedişi Mənbicdə Türkiyənin əliylə edəcək?Nəticədə Türkiyənin Qərbdən və Şimali Atlantika alyansından qopacağı gedişi edəcək? Putin ABŞ-İsrail-səudların İrana hücumuna qarşı hansı siyasəti izləyəcək?

Bəli, bölgəmizdə böyük oyun tam gücüylə gedir… Tarixi dönüş yaxınlaşır.Türkiyə bu oyunu düzgün başa düşüb və düzgün zamanda Afrin gedişini həyata keçirib.

Qərb Afrinə görə hesabı Putinə təqdim edib.

Və indi böyük oyunun lap qızğın çağıdır.

Tərcümə Strateq.az-ındır.

 




Ana səhifəyə qayıt        Baxış: 720          Tarix: 30-03-2018, 16:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma