Xəbər lenti

“Bu əməliyyat Rusiya, Bəşər Əsəd və İran üçün açıq-aşkar mesaj idi”.

Bunu NATO-nun Baş katibi Yens Stoltenberq Türkiyənin NTV televiziyasına müsahibəsində ABŞ, Fransa və İngiltərənin iki gün əvvəl Suriyanı vurmasına münasibət bildirərəkən deyib.

O, Türkiyənin Rusiyadan “S-400” zenit-raket kompleksi almasına da münasibət bildirib.

Baş katib qeyd edib ki, bu rəsmi Ankaranın suveren qərardır: “Bizim üçün əsas problem bu sistemlə NATO sistemlərinin bir-birinə inteqrasiya edilməsidir”.

 




Ana səhifəyə qayıt        Baxış: 721          Tarix: 16-04-2018, 17:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma