Xəbər lenti

Rusiyanın Baş Qərargah rəisi Valeri Gerasimov Azərbaycana işgüzar səfərə gəlib.

Məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, V.Gerasimov Bakıda NATO-nun Avropadakı Silahlı Qüvvələrinin baş komandanı ordu generalı Körtis Skaparroti ilə görüşəcək,

Qeyd olunub ki, tərəflər Avropa regionunda NATO və Rusiyanın hərbi fəaliyyətini, eləcə də Suriyadakı vəziyyəti müzakirələr edəcəklər.

“İşgüzar səfər zamanı V.Gerasimovu Azərbaycan Prezidenti İlham Əliyev qəbul edəcək”, – Rusiya Müdafiə Nazirliyindən bildirilib/Report.

 




Ana səhifəyə qayıt        Baxış: 872          Tarix: 19-04-2018, 16:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma