Əmir Tahiri
“Əş-Şərq əl-Əvsət”
“Terrorçu qüvvələrin məğlubiyyəti ilə…. vəziyyət sabitləşib, ölkə qanuni hökumətin nəzarəti altındadır”. Tanış sözlərdir? Əlbəttə.
Rusiyanın təbliğatçıları, Suriyaya istinad edərək, eyni mantranı təkrarlayır: Əsəd qalibdir!
Lakin sitat gətirilən bəyanat 1983-cü ildə Qızıl Ordu “qanuni hökuməti” devirdikdən, yəni yerli kommunistləri iqtidara gətirmək üçün Əfqanıstanı işğal etdikdən üç il sonra deyilib.
Tarix təkrarlanır, Suriya bu gün Əfqanıstanı xatırladır.
Əfqanıstan Suriyadan üç dəfə böyükdür və hərbi əməliyyatlar üçün daha çətin bir ərazidir. Sovet işğalı dövründə Əfqanıstan, Suriya kimi, eyni sayda əhaliyə sahib idi. Ancaq kommunist qüvvələrin düşmənləri Pakistanın puştu tərkibli əksər hissələrində geniş demoqrafik anbar yaratmışdılar.
Həmçinin, Vladimir Putinin təsəvvür edə bilib-bilməyəcəyindən asılı olmayaraq, Rusiya artıq Sovet İttifaqı deyil, imperiyanın süqutundan sonra, rusların iki nəsil azadlığı dadıb.
Əfqan təcrübəsi
Bu xəbərdarlıqları nəzərə alaraq, Şərq Avropada, Mərkəzi Asiyada və Yaxın Şərqdə imperiyanın genişləndirilməsi xəyalını təqib etdiyindən Əfqan təcrübəsi ruslara nəyi isə öyrətməli idi.
Əfqanıstanda 10 illik müharibə dövründə Sovet İttifaqı 600 mindən çox qoşunu müharibəyə göndərib və Kabilin nəzarətində olan 55 min nəfərlik orduya 20 minə yaxın əfqanıstanlı-özbək icbari milisi əlavə edilib.
Etnik rus əksəriyyəti riskə atmamaq təşəbbüsü göstərən Kreml liderləri digər sovet respublikalarına işçi qüvvəsi kimi baxırdılar. Özbəkistan, Qazaxıstan və Türkmənistandan olanlar – sıravi əsgər idi. Zabitlər – Ukraynadan və Baltikyanı ölkələrdən.
Bu gün Putin Bəşər Əsədin 80 min nəfərlik ordusu və milis qruplarından asılıdır. İran, Livan, Əfqanıstan və Pakistanda “işə götürdükləri” muzdluların sayı 30 minə yaxındır.
Ancaq Rusiya, Sovetlərin 1980-ci illərdə Əfqanıstandakı müttəfiqləri kimi, Suriyadakı “müttəfiqlərinə” eyni səviyyədə nəzarət edə bilmir.
Əfqan müharibəsində təxminən 16 min insan öldürülüb, savaş 55 min yaralı və əlillə yadda qalıb. Bir milyondan artıq sovet vətəndaşı, II Dünya müharibəsindən bu yana, imperiyanın ən çox sayda veteranı ilə on illik müharibədə iştirak edib. Sonralar onlar cinayətkar dəstələr, etnik üsyançılar və s. sıralarını doldurdular.
SSRİ-nin dağılmasından sonra, “əfqanların” əksəriyyəti öz doğma torpaqlarında, xüsusən Ukrayna və Baltikyanı ölkələrdə anti-rus hərəkatlarına qoşulub.
Əfqanıstan macərasının dəyəri barədə heç bir rəsmi rəqəm yoxdur. Yarırəsmi rəqəmlər 300 ilə 400 milyard dollar arasında dəyişir.
Yevgeni Primakovun bir dəfə dediyi kimi, Əfqanıstanda müdaxiləyə gətirib çıxaran zehniyyət imperiyanın dağılmasına səbəb oldu.
Sovet İttifaqı yeganə nümunə deyil
“Biz Əfqanıstana getdik, çünki klassik güc qaydalarının Sovet İttifaqına tətbiq olunmadığına inanırdıq”, – deyə Primakov bildirib. – Sovet İttifaqının tarixdə müstəsna nümunə olması, onun qanunlarından azad olmasını düşünürdük”.
Putin də buna bənzər bir səhv edirmi?
Sovet-KGB zehniyyətinə əsasən bəziləri Putinin imperiyanın son on illiyindəki sovet liderlərinin səhvlərini təkrarladığına inanırlar. O, “əfqanlar”tək indi də “suriyalılar” yaratmaqdadır. O, Sovet liderlərinin Əfqanıstanda etdikləri səhvləri tamamilə təkrarlayır.
1988-ci ilədək Sovet İttifaqı Əfqanıstanda qalib gəldi, Əhməd Şah Məsudun rəhbərlik etdiyi son müqavimət cəbhəsi Pəncşir vadisində sıxışdırıldı. Daha sonra Məsud Qızıl Ordu ilə atəşkəs razılığına gəlib çıxdı.
Putinin Suriyada zəfəri bəyan etməsi 1980-ci illərdə Kremldəki bənzər bir iddiadır.
Əfqanıstanda hərbi baxımdan qələbə siyasi itkinin yeganə nümunəsi deyil.
Putinin iddiası Əlcəzairdə – fransızların və Vyetnamda – amerikalıların vəziyyətindən daha ümidsizdir. İqtisadi olaraq, Rusiyanın enerji qiymətlərinin düşməsi və sanksiyaların sərtləşdirilməsi ilə daha zəif mövqedədir. İşçi qüvvəsi baxımından, etnik rusların əksəriyyəti zorla istəmədikcə imperiyanın sərhədlərini çəkə bilmir. Rusiya, Dağıstan, Çeçenistan, Krım, Cənubi Osetiya, Abxaziya, Moldova və Donetskə 100.000 əsgər göndərib.
Moskva, həmçinin Ermənistanda zəvvar və Mərkəzi Asiyada hakimiyyətinin layihələşdirilməsi üçün böyük qoşun saxlayır. Bununla yanaşı, hər iki coğrafi məkanda müxalifət rusiyapərəst rəhbərlərə etiraz edir. İrəvanda Putinin müttəfiqi olan Serj Sarkisyana qarşı üsyan kimi.
Qərbin paytaxtlarında bəziləri düşünür ki, Rusiyanın mümkün qədər uzun müddət Suriyada qalması başqa yerlərdə fitnə doğurmayacaq. 1980-ci illərdə, Əfqanıstanda o boğuldu, Sovet İttifaqı dünyanın heç bir yerində yeni bir fitnə yaratmadı. Bununla belə, Sovetlər sonda Kabildə prezident Məhəmməd Nəcibullahı qurban verdilər. İndi də Əsədin başını peşkəş edilə bilər.
Tərcümə: Strateq.az
Paylaş: