Xəbər lenti

Fransa polisi ölkədə fəaliyyət göstərən xüsusi müxbirlərin təhlükəsizliyini təmin etməlidir. Lakin biz əksini görürük.

Bu sözləri bu gün keçirdiyi brifinqdə İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Bəhram Qasemi deyib. O bildirib ki, mətbuat azadlığından danışan bir ölkədə xüsusi müxbirin polis tərəfindən silahla vurularaq ağır yaralanması yolverilməzdir. Fransa polisi iranlı jurnalistin nəinki peşə fəaliyyətinə mane olub, hətta onun həyatına təhlükə yaradıb. Baş verən insident tez və dəqiq araşdırılmalı, günahkarlar cəzalandırılmalıdır.

Xatırladaq ki, mayın 1-də Parisdə Zəhmətkeşlərin Beynəlxalq Həmrəylik Günü münasibətilə keçirilən kütləvi aksiyaya polis müdaxilə edib. Aksiyanı işıqlandıran İranın İRİB dövlət televiziyasının Fransada akkreditə olunmuş xüsusi müxbiri Şahsuvar Hüseyni polisin istifadə etdiyi rezin gülləyə tuş gəlib və başından ağır yaralanaraq koma vəziyyətində xəstəxanaya yerləşdirilib. Sonra polis əməkdaşları xəstəxanaya gələrək jurnalistin kamerasını alıb və çəkilən kadrları yaddaşdan siliblər.

İranın Fransadakı səfirliyi də insidentin araşdırılmasını tələb edib. Jurnalistin vəziyyəti isə ağır olaraq qalır(azərtac).

 




Ana səhifəyə qayıt        Baxış: 578          Tarix: 3-05-2018, 15:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma