Xəbər lenti
27-11-2024, 19:25

İsrail 2017-ci il ərzində 9,2 milyard dollar həcmində silah satıb ki, bu da 2016-cı ilin göstəricisindən 40 faiz çoxdur.

Azərtac TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat xidmətinin mayın 3-də yaydığı məlumatda bildirilir.

Həmçinin nazirlikdən 2017-ci ildə İsrailin silah ixracının əsas istiqamətinin raket və hava hücumundan müdafiə sistemləri (31 faiz), radar və radioelektron mübarizə vasitələri (17 faiz), modernizə və avionika (14 faiz), silah-sursat və silah qurğuları (9 faiz), telekommunikasiya və əlaqə sistemləri (9 faiz), müşahidə və optronika (8 faiz), məlumatların kəşfiyyatı sistemləri, informasiya sistemləri və kibertexnologiyalar (5 faiz), xidmətlər və digərləri (3 faiz), dronlar (2 faiz), dəniz sistemləri (1 faiz), peyk və kosmos sahələri (1 faiz) olduğunu bildiriblər.

2017-ci ildə İsraildən silah satışının 58 faizi Asiya-Sakit Okean regionu ölkələrinə, 21 faizi Avropa ölkələrinə, 14 faizi Şimali Amerikaya, 5 faizi Afrikaya və 2 faizi Latın Amerikasına yönəlib.

 




Ana səhifəyə qayıt        Baxış: 634          Tarix: 3-05-2018, 17:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma