Xəbər lenti

Türkiyə Suriya və İraqın şimal rayonlarında kürd terrorçularına qarşı hərbi əməliyyatları davam etdirəcək.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda hakim Ədalət və İnkişaf Partiyasının fəalları qarşısında öz seçkiqabağı proqramı ilə çıxışı zamanı deyib.

“Türkiyə dayanmayacaq və Suriyanın şimalındakı Ayn-əl-Arabdan Hasekeyə qədər, İraqda Sincardan Qandilə qədər olan ərazilərdə son terrorçu məhv edilənədək regionda əməliyyatları davam etdirəcək”, – deyə Ərdoğan bildirib/Report.

 




Ana səhifəyə qayıt        Baxış: 772          Tarix: 7-05-2018, 12:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma