Xəbər lenti

Çinin cənubunda yerli televiziya kanalında süni zəkaya malik robot aparıcı olacaq.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, “Nanning” telekanalında iyunun 6-dan başlayaraq 29 kiloqram ağırlığında 1 metr 21 santimetr hündürlükdə olan “Çao Nıng Şiaoboy” – yəni “Super Balaca Bəyaz” adlı robotlar ekranlara çıxacaq. Robotların əsas üstünlüyü onların 12 saat ərzində fasiləsiz işləyə bilməsidir.

Çin hökuməti həmin robotların gələcəkdə bütün telekanallarda istifadə olunmasında maraqlıdır.

 




Ana səhifəyə qayıt        Baxış: 413          Tarix: 1-06-2018, 17:22      


Paylaş:   

Ən çox oxunanlar